Dünya futbolu

Suareslə “İnter Mayami” razılığa gəldi

Uruqvaylı hücumçu Luis Suares və “İnter Mayami” müqaviləni 2025-ci ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı futbolçu 2024-cü ilin əvvəlində azad agent kimi Amerika komandasına qoşulub. Klubun heyətində 37 matçda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.

Suares “Barselona”, “Liverpul”, “Atletiko Madrid” və “Ayaks”dakı çıxışları ilə tanınır.

Aut.az