Almaniya

Rəsmən açıqladı: “Bayern” futbolçu axtarır

“Bayern”in idman direktoru Kristof Freund Münhen klubunun qış üçün transfer planlarından danışıb.

Aut.az xəbər verir ki, klub rəsmisi “Sport Blid”ə açıqlamasında bunları deyib:

“Çətin mövzudur. Sağ cinah müdafiəçi mövqeyinə futbolçu dəvət etsəydik, onda son vaxtlar orada çıxış edən və yaxşı nəticə göstərən Konrad Laymer yarımmüdafiəçi mövqeyinə qayıda bilər. Biz həmçinin mərkəz sağ cinah müdafiəçisi və altı nömrədə oynaya biləcək oyunçulara da baxırıq. Üstəlik, futbolçularımızın çıxış edəcəyi Afrika Kuboku və Asiya Kuboku da yaxınlaşır. Diqqətli olmalıyıq”.