İspaniya

Yenə UEFA-nı tənqid etdi, məhkəməni gözləyir

“Real”ın prezidenti Florentino Peres UEFA-nı Superliqanın yaradılmasına qarşı çıxdığına görə yenidən tənqid edib.

Funksioner dekabrın 21-ini gözləyir. Məhz həmin gün Avropa İttifaqı Ədalət Məhkəməsi Superliqanın qadağan edilməsi ilə bağlı iş üzrə qərar verməlidir.

“Futbol bütün səviyyələrdə böyük böhranla üz-üzədir. Və bütövlükdə Avropada və İspaniyada. Problem ondadır ki, məmurlar azarkeşləri düşünmür. Avropa futbolu UEFA prezidentinə aid deyil. İspan futbolu federasiya prezidentinə aid deyil.

Biz Super Liqanı sadə bir məqsədlə yaratmaq istəyirik: azarkeşlərə mümkün olan ən yaxşı klub yarışını təklif etmək.

UEFA futbolu son 30 ildə olduğu kimi idarə etməyə davam edir. Nə innovasiya, nə modernləşmə, nə də maliyyə şəffaflığı var”, – Peres bildirib.

UEFA və əksər Avropa çempionatları qəti şəkildə Çempionlar Liqasını əvəz edəcək Super Liqaya qarşıdır.

Aut.az