Boks

Çinin bu döyüşə ehtiyacı var

Ağır çəkidə müvəqqəti WBO çempionu Canq Cile (26-1-1, 21 KO) WBA, WBO və IBF kəmərlərinin sahibi Aleksandr Usik (21-0, 14 KO) ilə öz ölkəsində döyüşmək istədiyini etiraf edib.

“Çinin bu döyüşə ehtiyacı var. Tək mənə yox, bütün ölkənin yüksək səviyyəli idman yarışına, belə peşəkar boks görüşünə ehtiyacı var. Bu, Çin üçün qürurverici olacaq. Usik Çində döyüşmək istəsə, mənim ölkəm sevinəcək”, – deyə 40 yaşlı Canq  bildirib.

Çinli həmçinin bildiriblər ki, Usik ağır çəki dərəcəsində özünü hələ də sübut etməyib.

Aut.az