Onun qolu ilk dəfə “Liverpul”a düşərli olmadı
“Liverpul” ilk dəfə hücumçusu Dioqo Jotanın qol vurduğu matçda məğlub olub.
Aut.az xəbər verir ki, bu, Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Tuluza”yla səfər maçtında (2:3) baş verib. Portuqaliyalı hücumçu oyunun 89-cu dəqiqəsində qol vursa da, komandası görüşdən məğlub ayrılıb.
Dioqonun bunadək fərqləndiyi bütün oyunlarda “qırmızılar” uduzmayıb. “Liverpul” həmin görüşlərdə 32 qələbə qazanıb və 6 heç-heçə edib.
Qeyd edək ki, portuqaliyalı forvard Mersisayd təmsilçisinə 2020-ci ilin yayında “Vulverhempton”dan keçib.
