“Beşiktaş”ın yeni baş məşqçisi məlum oldu
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub.
Aut.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı Rıza Çalımbaya tapşırılacaq. Bu barədə “NTV Spor” məlumat yayıb.
Çalımbay qışa qədər komandaya rəhbərlik edəcək. “Qara qartallar”ın nəticələrindən sonra mütəxəssisin taleyinə qərar veriləcək.
“Beşiktaş”da bu gün baş məşqçi vəzifəsini icra edən Burak Yılmazla yollar ayrılıb.
