Kateqoriyasız

“Liverpul” onun şərəfinə forma buraxdı – FOTO

 “Liverpul” əfsanəvi basketbolçu Lebron Ceymsin şərəfinə forma buraxıb.

Aut.az xəbər verir ki, forma rəsmi matçlarda istifadə olunmayacaq. Formanın qar rəngi qızılı loqolar və firuzəyi rəngli aplikasiyalarla birləşir. Formanın ön hissəsində sağ döşdə Lebron loqosu, sol sinədə “Liverpul” loqosu və sponsorun yerinə YNWA (You’ll Never Walk Alone – Sən heç vaxt tək olmayacaqsan)) şüarı əks olunub.

Forma, “Liverpul” yazıları və brendi ilə unikal dizayna malikdir. Onun 2024-cü ilin əvvəlində buraxılması nəzərdə tutulur.

Xatırladaq ki, əfsanəvi basketbolçu Lebron Ceyms mersisaydlıların azarkeşidir.

“Liverpul” onun şərəfinə forma buraxdı - FOTO

Aut.az