“Ayaks” yeni baş məşqçisini açıqladı
“Ayaks”ın yeni baş məşqçisi məlum olub.
Aut.az xəbər verir ki, Niderland təmsilçisinin sükanı Con van Şipə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Van Şip bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Moris Ştaynı əvəzləyib.
“Ayaks” çempionatda 8 oyundan sonra 5 xalla sonuncu – 18-ci sıradadır.
