Jiress Seneqalla bağlı qərardan qəzəbləndi: Gülünc olmayın
Seneqal millisinin keçmiş məşqçisi Alen Jiress Afrika Futbol Konfederasiyasının Afrika Millətlər Kubokunun Mərakeşə verilməsi qərarından qəzəblənib.
Finalda 1-0 hesabı ilə qalib gələn Seneqala matç zamanı meydanı tərk etdiyinə görə AFK təxminən iki ay sonra komandaya texniki məğlubiyyət verib.
“Çox əsəbiləşmişəm. Həmin finalda hər şey səhv getdi və yazıq hakim hər şeyi təkbaşına həll etməli oldu. Oyunçular əsəbi idilər, amma matç davam etdi və sona qədər oynanıldı.
Onları cərimələyə bilərsiniz, bəs Seneqalı tituldan necə məhrum etmək olar? Deməli, Brahim Dias məhz oyunçuların meydanı tərk etməsi səbəbindən penaltidən yararlana bilmədi? Gülünc olmayın! Sağlam düşüncəyə qayıtmalıyıq.
Bundan nə çıxacaq? İndi insanlar Afrika futbolu haqqında nə deyəcəklər? Bu, məni əsəbiləşdirir, axı hər vəziyyət sabitləşmişdi. İndi isə sadəcə vəziyyəti gərginləşdirirsiniz. Bu qərarın nəticələrini anlamalıyıq”, – Jiress deyib.
Aut.az
