Taysonun nokdauna düşməsinə Usikin reaksiyası – FOTO/VİDEO
WBC üzrə ağır çəkidə dünya çempionu, Böyük Britaniyadan olan Tayson Fyuri (33-0-1, 24 KO) Ər- Riyadda (Səudiyyə Ərəbistanı) keçmiş UFC çempionu, kamerunlu Frensis Nqannunu xal hesabına məğlub edib .
Aut.az xəbər verir ki, Fyuri hakimlərin yekdil olmayan qərarı ilə qalib gəlib. Üçüncü raundda Frensis Nqannu güclü zərbə ilə Tayson Fyurini nokdauna göndərib.
Ukraynalı boksçu Aleksandr Usik döyüşü tribunadan izləyib . Fyurinin nokdauna düşdüyü zaman onun reaksiyası maraq doğurub.
Döyüşdən sonra Usik rinqə çıxıb və Tayson Fyuri ilə baxış dueli edib. Dekabrın 23-də Səudiyyə Ərəbistanında mütləq dünya çempionu adı uğrunda döyüşün keçiriləcəyi gözlənilir. Artıq döyüş üçün müqavilələr imzalanıb.

FRANCIS NGANNOU GOT ROBBED!!! TYSON FURY LOST. ROBBERY, RIGGED.#BattleOfTheBaddest#furyvsngannou pic.twitter.com/CqWOTmU6Nf
— MikeYT (@mikedalenciaYT) October 28, 2023
