TürkiyəDünya futbolu

Türkün Türkiyədə üzləşdiyi dil problemi

Qazaxıstan millisinin müdafiəçisi Nuralı Alip həmyerlisi Bəxtiyar Zaynutdinovun “Beşiktaş” və milli komandadakı oyunu haqda fikirlərini bölüşüb.

“Zaynutdinov Qazaxıstan tarixinin ən yaxşı oyunçusudur? Baja indi iki qol vurub. Artıq millidə 14 qolu var. Təbii ki, o, hazırda komandanın ən yaxşı oyunçusudur.

“Beşiktaş”da oynamaqla bağlı nə deyir? Birinci problem dildir. İngilis dilini zəif bilir. İndi repetitor yanına gedir. Onun üçün çətindir. Əks halda tam uyğunlaşıb, hər şey qaydasındadır. Onun üçün Rusiyadakından bir az çətindir. Səviyyə yüksəkdir, dolu stadionlar var.

“Beşiktaş” məni keçən yay transfer etmək istəyirdi? Bu suala  şərh yoxdur”, – “Metaratings.ru” Alipin sözlərini sitat gətirib.

Xatırladaq ki, Zaynutdinov “Beşiktaş”a CSKA-dan 4,5 milyon avroya keçib. Türkiyə klubunda yarımmüdafiəçi bütün turnirlərdə 11 oyun keçirib və bir qol vurub.

Aut.az