Onu yerə-göyə sığdırmadı: Fantastik oyunçudur
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın Paris komandasına keçidi ilə bağlı emosiyalarını bölüşüb.
Aut.az xəbər verir ki, qətərli funskioner bu sözləri deyib:
“Biz Xviça Kvaratsxeliyanı PSJ ailəsində salamlamaqdan məmnunuq. Xviça dünya futbolunun ən həyəcanlı oyunçularından biridir, fantastik istedada malikdir və eyni zamanda komanda üçün ən cəsarətli və mübarizə aparan oyunçudur.
Xviça böyük klubumuzun bir hissəsi olmaqda qərarlı idi. Bilirəm ki, bizimlə o, bütün məqsədlərinə çatacaq. Komandamızı gücləndirməkdən və komandanı PSJ-nin ulduzuna çevirməkdə davam etməkdən məmnunuq”.
Qeyd edək ki, Paris klubu ilə Kvara ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Transfer məbləği 70 milyon avro qiymətləndirilir.
Aut.az
