Azərbaycan futbolu

Azərbaycan millisi bir pillə irəlilədi

FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.

Aut.az xəbər verir ki, Azərbaycan yığması ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv 1155,91 xalla 120-ci sırada qərarlaşıb.

Azərbaycan millisi bu ay Avro-2024-ün seçmə mərhələsində səfərdə Estoniyanı məğlub edib (2:0), Bakıda isə Avstriyaya uduzub (0:1).

Reytinq cədvəlinə 1861,29 xalla Argentina millisi başçılıq edir.