Klubsuz qalan futbolçular “İrəvan”ın köməyinə çatdı
Azərbaycan I Liqasında VI turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, “İrəvan” bu turda “Şamaxı” ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qonaqlar qələbə qazanıb.
“İrəvan” bu matç üçün bir neçə futbolçunu sifariş edib. Belə ki, bir müddətdir klubsuz qalan Elvin Yunuszadə və Fəhmin Muradbəyli kimi təcrübəli oyunçular “Şamaxı” ilə görüşdə meydana çıxıb. “İrəvan”da ehtiyatda cəmi bir oyunçu – Elşən Abdullayev yer alıb.
Komandada ötən tur futbolçular maaşlarını ala bilmədikləri üçün “İmişli” ilə matça çıxmamışdı. “İrəvan” bu turu da oynamasaydı, komanda çempionatdan uzaqlaşdırıla bilərdi.
Azərbaycan I Liqası
VI tur
26 oktyabr
İrəvan – Şamaxı 1:3
Qollar: Bayram Əliyev, 75 – Elşad Tağıyev, 12, 48 (pen.), 63
MOİK – “Mingəçevir” 3:0
Qollar: Elmir Rəhimzadə, 19, Sabir Allahquliyev, 33, Elvin Valiev, 70
