Azərbaycan futbolu

“Qarabağ” və “Sabah”dan savayı bütün komandaların hədəfi avrokuboklardır – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Səbail” “Qəbələ”ni minimal hesabla məğlub edib.

Aut.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “dənizçilər”in baş məşqçisi Şahin Diniyev media nümayəndələrinin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

Çətin oyun oldu əvvəldən də bilirdik ki bizi çətin oyun gözləyir. Oyunçularımda nəfəs almada problem var idi, amma komandamız ağıllı futbol oynayaraq kiçik epizoddan uğurlu çıxmağı bacardı. Çox yaxşı oyun oldu və bilirdik ki, “Qəbələ” daha çox hücum edən tərəf olacaq, ona görə də  biz rəqibi öz üzərimizə çəkmək istəyirdik. Komandamdan razı qaldım. “Qəbələ”yə də uğurlar arzulayıram.

-Pedrosuz “Səbail” və Pedrolu “Səbail”in ferqi nədir?

-Komanda oyunçulardan asılı deyil, oyunçular olmasa belə sistem qalır, amma Pedronun yoxluğunu hiss edirdik. Pedro olsaydı, daha çox qol epizodu yarada bilərdik. Ancaq əsas odur ki, sistemdə bu gün böyük pozuntu olmadı.

-Qalib gəldiniz amma, “Qəbələ”yə çox qol epizodu verdiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

-İlk əvvəldə dediyim kimi burda oynamaq çətindir, oyunçular qaçmaqda və nəfəs almaqda çətinlik çəkirdi, bununla belə  “Qəbələ”nin də futbolçuları çox güclü idi və oyuna yaxşı hazırlaşmışdılar.

-“Səbail”in avrokubok hədəfi varmı?

-“Qarabağ” və  “Sabah”dan başqa hansı komandadan  soruşsanız hədəfləri avrokubokdur. Biz stabil komanda yaratmaq istəyirik. Bunun üçün isə addım- addım irəliləməliyik. İstəyirik daha uğurlu və stabil irəliləyək. Böyük işlər görməliyiksə, rotasiya oluna biləcək heyət lazımdır.

-Rüfətin vurduğu qol karyerasına təsir edəcəkmi?

-Rüfət tərbiyəli futbolçudur və potensialı böyükdür. Mən onun parlamağını gözləyirəm. Onun geridönüşlərdə problemləri var, amma mənə elə gəlir ki, Rüfət gec-tez parlayacaq. Rüfətdən razıyam və inanıram ki, yaxşı futbolçu olacaq.