İtaliya

123 milyon avro itki

Yuventus” rəsmi saytında 2022/23 mövsümü üçün maliyyə hesabatlarını dərc edib. Açıqlamalarda 123,7 milyon avro itki göstərilir.

Direktorlar şurası 2027-ci ilə qədər maliyyə planını da yeniləyib.

Bu plan çərçivəsində nizamnamə kapitalını 200 milyon avroya çatdırmaq üçün işlər görüləcək.

Bu məbləğin 63,8%-ni (128 milyon avro) “Exor”, qalan hissəsini isə digər səhmdarlar ödəməlidir.

Bu, 2019-cu ildə 300 milyon və 2021-ci ildə 400 milyon artımdan sonra son 5 ildə üçüncü kapital artımıdır.