Erməni baş məşqçi ilə futbolçu arasında dava olub
“Monpelye”nin müdafiəçisi Mamadu Sako baş məşqçi Mişel Ter-Zarakyanla mübahisə edib.
Aut.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Hadisə paltardəyişmə otağında baş verib. Müdafiəçi erməni mütəxəssisin iradları ilə razılaşmayıb və ona hücum edib. Məsələnin təfərrüatları hələ məlum deyil.
Sako karyerası ərzində PSJ və “Liverpul” kimi komandalarda forma geyinib.
“Monpelye” Fransa Liqa 1-də 9 xalla 14-cü sıradadır.
