Yalnız bu iki kluba gedə bilər, vəssalam
Camal Musiala hələlik “Bavariya”dan ayrılmaq istəmədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Eyni zamanda, bildirilir ki, 20 yaşlı futbolçu karyerasını davam etdirmək üçün cəmi iki klubu nəzərdən keçirir: “Real” və “Mançester Siti”.
O, hər iki komandanı oyun tərzinə və ambisiyalarına görə bəyənir. Musiala onu da bildirib ki, “Liverpul”u transfer olunası klub hesab etmir.
Musiala “Bayern”in yetirməsidir və U17-dən əsas komandaya qədər yüksəlib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt Musialanı 110 milyon avro dəyərində qiymətləndirir.
Bu mövsüm Musiala bütün yarışlarda doqquz oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Bundesliqanın səkkiz turundan sonra “Bavariya” 20 xalla üçüncü pillədə qərarlaşıb. Çempionata Bayer başçılıq edir (22 xal).
Aut.az
