Almaniya

Rummenigge: Bu qədər pul ödəyən “axmağ”ı tapanları təbrik edirəm

Karl-Haynts Rummenigge Nik Voltemadein qiyməti ilə razılaşmır.

Yay transfer pəncərəsi zamanı “Nyukasl Yunayted” “Ştutqart”dan hücumçu Nik Voltemadeni 85+5 milyon avroya alıb. Futbolçu ilə “Bayern” də maraqlanırdı.

Alman futbolçu Premyer Liqanın cari mövsümündə 3 oyunda 2 qol vurmuşdu.

Aut.az xəbər verir ki, “Bayern”in müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge BR-ə müsahibəsində deyib:

“Hər kəsi, xüsusən də “Ştutqart”ın maliyyəçilərini xoşbəxt etmək üçün hər tələbi yerinə yetirməli deyilik.

Mən yalnız “Ştutqart”da bu qədər pul ödəyən “axmağ”ı  tapanları təbrik edə bilərəm. Çünki biz bunu qətiyyən etməyəcəkdik”.

Aut.az