Premyer Liqanın ən nüfuzlusu odur: Tayı-bərabəri yoxdur
“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Ceymi Karraqer bu fikirdədir ki, İngiltərə Premyer Liqasının hazırkı mərhələsində “Tottenhem”in yarımmüdafiəçisi Ceyms Meddisonun komandasının oyununa təsir etməkdə tayı-bərabəri yoxdur.
“Meddison indi Premyer Liqanın ən nüfuzlu oyunçusudur. O, komandasının oyununa çox təsir edir. Biz baş məşqçiyə vaxt verməliyik. Bu, məşqçinin fəlsəfəsi sayəsində mümkün oldu.
Meddison Keynin nömrəsini götürdü. Bu onun xarakteri haqqında çox şey deyir. Düşünürəm ki, o, tezliklə “Tottenhem”in kapitanı olacaq”, – Karrager bildirib.
Meddison cari çempionatında 9 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az
