“Siti” türk futbolçunun şərəfinə meydança açdı – FOTO/VİDEO
“Mançester Siti”nin sədri Xaldun Əl Mübarək 33 yaşını qeyd edən İlkay Gündoğanın şərəfinə xüsusi məşq meydançası açaraq, onu təbrik edib.
Gündoğanın 2021/22 mövsümündə “Aston Villa”ya qalibiyyət qolunu əks etdirən mozaika “Mançester Siti”nin məşq meydançasında nümayiş etdirilir.
Qeyd edək ki, bu qol “Siti”yə çempionluq gətirdi, vətəndaşlar “Liverpul”dan bir xal çox topladılar. 76-cı dəqiqəyə qədər “Mançester Siti” 0:2 hesabı ilə uduzurdu, Gündoğan 68-ci dəqiqədə meydana daxil olaraq dubl etdi.
Aut.az

