İspaniya

Güzəranından razıdır, qalmaq istəyir

İcarə əsasında “Real”da çıxış edən  Kepa Arrisabalaqa “kral klubu”ndakı durumundan razıdır və Madriddən ayrılmaq istəmir.

“Real”da qalmaq? Əlbəttə, bəli… Mən bunu istəyirəm. Amma indi danışıqların vaxtı deyil. Buradakı ilk 3 ayımın müsbət keçdiyini deyə bilərəm. Amma mövsüm uzundur, ona görə də kampaniyanın sonunda çıxışlarımı qiymətləndirəcəyik”.

“Çelsi”yə məxsus olan 29 yaşlı Kepa bir mövsümlük icarə əsasında “Real”da çıxış edir. O, Madrid klubunda 10 oyun keçirib və 8 qol buraxıb. 5 matçda qapısını toxunulmaz saxlaya bilib.

Aut.az