Vətəni satan futbolçu ilə bağlı qərar verildi
“Şaxtyor” klubu Rusiyaya qaçan yarımmüdafiəçi Aleksandr Rosputko haqqında qərar verib.
Aut.az xəbər verir ki, “Şaxtyor” da futbolçusunun qaçması ilə bağlı öz rəsmi mövqeyini ifadə edərək, onunla müqaviləyə xitam verildiyini açıqlayıb:
“Komandanın düşərgəyə qayıtmaması və müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən faktiki imtina ilə əlaqədar “Şaxtyor” futbolçu Aleksandr Rosputko ilə müqaviləyə xitam verib”.
Qeyd edək ki, UEFA Gənclər Liqasının “Antverpen”lə oyunundan sonra yoxa çıxaraq ölkəsinə qayıtmayan futbolçunun atası oğlunun Rusiya ərazisində olduğunu təsdiqləyib. Rosputkonun əməkdaşlıq etdiyik agentlik də onunla müqaviləyə xitam verib.
