Müqaviləni birtərəfli qaydada pozacaq və…
PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ilin yayında PSJ ilə müqaviləni birtərəfli qaydada pozacaq.
Aut.az xəbər verir ki, 2022-ci ilin mayında imzalanan müqavilə oyunçuya 2024-cü ilin yayında müqaviləni birtərəfli qaydada pozmağa imkan verir.
Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu 2+1 sxemi ilə müqavilə imzalayıb.
Nəşrin iddiasına görə, “Real” Mbappe ilə hələ də maraqlanır. Kilianın da İspaniya nəhənginə keçməkdə maraqlı olduğu bildirilir.
Vurğulanır ki, Mbappe 2024-cü ikldə müqaviləni birtərəfli qaydada pozduqdan sonra məhz “Real”a keçəcək.
24 yaşlı Kilian Mbappe bu mövsüm 26 oyunda 25 qol vurub və 6 məhsuldar ötürmə edib. O, zədə səbəbindən Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə ilk görüşünü buraxacaq.
