“Sumqayıt”dan Qazaxıstan klubuna
Son mövsümü “Sumqayıt”da keçirən Karim Abubakarın yeni ünvanı məlum olub.
Aut.az xəbər verir ki, qanalı forvard “Kaspi” klubuna keçib. Bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Abubakar ötən mövsüm “Sumqayıt”la Premyer Liqada 18 oyunda 3 qol vurub.
