Uşaqdakı fərasətə bax: Cəmi 20 saniyə…
“Barselona”nın gənc futbolçusu Mark Quiu klub tarixinə düşüb.
Aut.az xəbər verir ki, o, buna La Liqanın 10-cu turunda “Atletik”lə oyunda nail olub. Mark görüşün 80-ci dəqiqəsində meydana çıxıb və cəmi 20 saniyə sonra qol vurub.
Nəticədə ispaniyalı hücumçu 21-ci əsrdə La Liqada “Barsa”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu olub – 17 yaş 291 gün.
Qeyd edək ki, Mark Quiu Kataloniya təmsilsinin yetirməsidir.
Aut.az
