UEFA “Qalatasaray”ı cərimələdi
UEFA “Qalatasaray” klubunu cərimələyib.
Aut.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqası qrup mərhələsinin “Mançester Yunayted”lə matçındakı davranışları səbəb olub.
“Sarı-qırmızılar”ın fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə UEFA klubu 51 mil avro məbləğində cərimə edib.
“Mançester Yunayted” – “Qalatasaray” qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
