İngiltərə

Qiymət kəsdilər: Anlayıblar ki, üzr istəməyəcək

“Mançester Yunayted” yarımmüdafiəçisi Ceydon Sançonu yanvarda 40 milyon funta satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Klub rəhbərliyi anlayıb ki, 23 yaşlı futbolçu sosial şəbəkələrdə tənqidlərə görə Erik ten Haqdan üzr istəməyəcək, ona görə də baş məşqçi onu komandaya qaytarmayacaq.

Xatırladaq ki, Erik ten Haqla Ceydon Sanço arasında münaqişə məşqçinin mətbuat konfransında hücumçunun yaxşı məşq etmədiyini deməsi ilə başlayıb. Sanço açıq şəkildə ittihamları böhtan adlandırıb və “günah keçisi” olmaqdan yorulduğunu söyləyib. Bundan sonra ona komanda ilə məşq etmək qadağan edilib.

Aut.az