Avropa Çempionatı

Milli Avstriyaya yenə də məğlub oldu

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Avstriyanı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start verilib. Görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.

Azərbaycan yığması qrupda bu rəqibə qarşı səfərdə də 1:4 hesabıyla uduzmuşdu.

Avro-2024
Seçmə mərhələ, VIII tur

Azərbaycan – Avstriya 0:1
Qol: M.Sabitser, 48 (pen.)
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalayciç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k)