Dünya futbolu

“Məndən sonra ABŞ-da futbola baxmırdılar, Messi gələndən bəri…”

“Los Anceles Qelaksi”nin sabiq hücumçusu Zlatan İbrahimoviç Lionel Messinin “İnter Mayami”yə transferindən sonra ABŞ-da futbola marağın yenidən canlanmasından danışıb .

“İndi Messi MLS-də oynayır, amerikalılar yenidən futbola baxa bilərlər. Mən onun orada olmasına şadam. Mən ABŞ-ı tərk etdikdən sonra amerikalılar futbola baxmağı dayandırdılar”, – deyə “La Gazzetta dello Sport” İbrahimoviçdən sitat gətirib.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində azad agent kimi “İnter Mayami”yə keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

İbrahimoviç 2018-2019-cu illərdə “Los Anceles Qelaksi”də çıxış edib.

Aut.az