İspaniya

“Barselona” onu komandada saxlamaq istəyir

“Barselona” mövsümün əvvəlində icarə əsasında heyətində qatdığı Joao Feliksin oyunundan razıdır.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisi onunla tamhüquqlu müqavilə imzalamaq istəyir. Buna görə də “Barsa” rəhbərliyi mövsümün sonuna Feliksin müqavilə ilə məxsus olduğu “Atletiko”ya göndəriləcək təklif paketini hazırlamaq niyyətindədir.

Qeyd edək ki, Feliks bu ilin sentyabrından icarə əsasında “Barselona”da çıxış edir. O, meydana çıxdığı 8 oyun da 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.