Mirziyoyevdən təklif: “Birlik kuboku” Daşkənddə keçirilsin
MDB-nin Bişkek sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə 2016-cı ildə keçirilən futbol üzrə Birlik Kuboku turnirinin bərpasını təklif edib.
“Mən həmçinin təklif edirəm ki, “Birlik Kuboku” futbol turniri bərpa edilsin və Özbəkistanda gənclər komandalarımızın müntəzəm görüşləri keçirilsin.
Yeni birgə layihəmiz çərçivəsində biz gələn il Birliyin gənclər paytaxtı elan edilmiş Daşkənddə zəngin tədbirlər proqramı hazırlayırıq”, – Özbəkistan Prezidentinin mətbuat xidməti Mirziyoyevdən sitat gətirib.
Birlik Kuboku 1993-cü ildən Moskva və ya Sankt-Peterburqda keçirilib. 2011-ci il daxil olmaqla, burada MDB ölkələrinin çempionu olmuş komandalar iştirak edirdi. 2012-ci ildən etibarən turnirdə 21 yaşadək gənclərdən ibarət komandalar iştirak edib. Sonuncu dəfə turnir 2016-cı ildə keçirilib.
Aut.az
