Avropa Çempionatı

Avro-2024: Üç komanda Avropa çempionatına vəsiqə qazandı!

Avro-2024-ün seçmə mərhələsində VII turun növbəti oyunları baş tutub.

Aut.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan millisi səfərdə Estoniyanı məğlub edib. Qrupun digər matçında Avstriya Belçikaya məğlub olub.

B qrupunda Fransa Niderlandı, Yunanıstan isə İrlandiyanı məğlub edib.

Beləliklə, Portuqaliya, Fransa və Belçika Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.

Avro-2024
Seçmə mərhələ, VII tur

13 oktyabr

F qrupu
Estoniya – Azərbaycan 0:2
Qollar: Toral Bayramov, 9, Ramil Şeydayev, 45+4 (pen)

Avstriya – Belçika 2:3
Qollar: K.Laimer, 73, M.Sabitzer, 84(pen) – D.Lukebakio, 12, 55, R.Lukaku, 58

Xal durumu: Belçika – 16, Avstriya – 13, İsveç – 6, Azərbaycan – 4, Estoniya – 1.

B qrupu
Niderland – Fransa 1:2
Qollar: Q.Hartman, 83 – K.Mbappe, 7, 53

İrlandiya – Yunanıstan 0:2
Qollar: G.Giakomakis, 20, G.Masouras 45+4

Xal durumu: Fransa – 18, Yunanıstan – 12, Niderland – 9, İrlandiya – 3, Cəbəllütariq – 0

J qrupu
Portuqaliya – Slovakiya 3:2
Qollar: G.Ramos, 18, K.Ronaldo, 29, 72 – Hansko, 69, S.Lobotka, 80

İslandiya – Lüksemburq 1:1
Qollar: O.Oskarsoon, 23 – G.Rodriqes, 46

Lixtenşteyn – Bosniya və Herseqovina 0:2
Qollar: A.Rahmnoviç, 13, Stenvanoviç, 41

Xal durumu: Portuqaliya – 21, Slovakiya – 13, Lüksemburq – 11, Bosniya və Herseqovina – 9, İslandiya – 7, Lixtenşteyn – 0