Avropa Çempionatı

Belçikaya məğlub oldular, Bakıya bu məqsədlə gəlirlər

“Azərbaycan millisi topa çox yaxşı sahib olmağa çalışan komandadır”.

Aut.az xəbər ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: “Bu, fərqli matç olacaq. Qarşılaşmaya elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək”.

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq oyun saat 20:00-da başlayacaq. Avstriya ötən gün Belçikaya evdə 2:3 hesabı ilə uduzub, Azərbaycan isə səfərdə Estoniyaya qalib gəlib – 2:0.