Dünya futbolu

AFFA rəsmisi İslandiya millisinin oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Aut.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət AÇ-2025-in seçmə mərhələsində keçiriləcək Litva – İslandiya matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 17-də Yonava şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.