Azərbaycan futbolu

Almaniyadan Lunyevi soruşurlar: “Qarabağ”dakı seyvlərini göndərir

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyevin agenti Anton Smirnov futbolçunun Almaniya “Bayer”inə qayıtma ehtimalından danışıb.

“Qarabağ”ın oktyabrın sonunda Leverkuzendə “Bayer”lə səfərdə necə oynayacağını görmək çox maraqlı olacaq. Qrup liderləri qarşılaşacaq, üstəlik Andrey keçmiş komandasına qarşı oynayacaq. “Əczaçılar” yeni mövsümdə inanılmaz nəticələr göstərirlər. Çoxlu qol vururlar. “Bayer”lə oyun əsl sınaqdır.

Leverkuzendə Lunyevi unutmurlar. Simon Rolfes (“Bayer”in icraçı direktoru – red.) Andrey haqqında soruşur, mən ona seyvlərindən seçmə göndərdim. Andreyin Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Andreyin “Qarabağ”la müqaviləsi var. İndi hansısa təkliflərdən danışmaq düzgün deyil. Bütün fikirlər yalnız “Qarabağ”la bağlıdır.

Avropa Liqasının qrupundan çıxmalıyıq. Bu, Azərbaycan futbolu üçün böyük uğur olacaq. Andrey kluba yaxşı nəticələr əldə etməkdə kömək etmək istəyir”, – o bildirib.

Aut.az