Hərəsi bir mükafatı ələ keçirdi
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisinin və ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Aut.az xəbər verir ki, “Tottenhem”in forvardı Son Hın-Min azarkeşlər tərəfindən keçən ayın ən yaxşı oyunçusu seçilib.
Ən yaxşı baş məşqçi nominasiyasında da London klubu birinci olub. “Mahmızlar”ın çalışdırıcısı Anqe Postekoğlu futbolçusundan geri qamayıb.
Qeyd edək ki, cənubi koreyalı futbolçu sentyabrda keçirdiyi 4 oyunda 6 qol vurub. Onun komandası “Tottenhem” isə sentyabrda 4 oyun keçirib, 3-də qalib gəlib, 1-də heç-heçə edib. London təmsilçisi 8 turdan sonra İngiltərə çempionatında 20 xalla 1-ci pillədə qərarlaşıb.
