Digər

Azərbaycan millisi yenə məğlub oldu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən “IHF Trophy”də növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, yığma Bolqarıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi