Onu bağışlamadılar
“Mançester Yunayted” yarımmüdafiəçisi Ceydon Sançoyla yollarını ayırmağa hazırlaşır.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” baş məşqçi Erik ten Haq ilə mübahisə etdiyi üçün əsas komandanın ilə məşqdən uzaqlaşdırılan futbolçunu bağışlamaq niyyətində deyil. İngiltərə təmsilçisi onu yanvarda transferə çıxaracaq.
Qeyd edək ki, Sanço “Mançester Yunayted”ə 2021-ci ildə Dortmund “Borussiya”sından 73 milyon funt-sterlinqə transfer edilib.
