Qoltuqağacını atdı
“Real”qapıçısı Tibo Kurtua ciddi zədəsini sağaltması ilə bağlı xəbərlər paylaşıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
“Mənim zədəmlə bağlı bərpa çox yaxşı gedir. Artıq qoltuqağacından istifadə etmirəm. Gəzə və məşq edə bilirəm, ümid edirəm ki, mümkün qədər tez qayıdacağam”, –
Xatırladaq ki, bu ilin avqustunda Kurtuanın sol dizinin ön çarpaz bağı yırtılmışdı. “Real” daha sonra Kepanı mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürdü.
Ötən mövsüm ispaniyalı qolkiper İngiltərə Premyer Liqasının 29 matçında iştirak edib, 33 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlayıb.
Aut.az
