Vaxt tükənir: Ya üzr istəməlidir, ya da…
“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sançonun baş məşqçi Erik ten Haqdan üzr istəmək üçün vaxtı tükənir.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, onun bu qış komandadan getməsi ehtimalı artır.
23 yaşlı britaniyalı futbolçu sentyabr ayında den Haqı yalan danışmaqda açıq şəkildə ittiham etdikdən sonra əsas komanda ilə məşqdən uzaqlaşdırılıb.
Ceydon, xüsusilə, on Haqın məşqdə kifayət qədər işləmədiyi üçün matçlardan birində heyətə daxil edilmədiyi ilə bağlı sözlərinin doğru olmadığını bildirib.
Sanço 2021-ci ilin yayında “Borussiya”dan “Mançester Yunayted”ə keçib. Bu mövsüm Premyer Liqada 3 oyun keçirib.
Aut.az
