Kateqoriyasız

“Liverpul”dan Jota ilə bağlı daha bir jest

“Liverpul” klubu vəfat edən portuqaliyalı hücumçu Dioqo Jota barədə daha bir qərar verib.

Aut.az xəbər verir ki, İngiltərə nəhəngi ailəsinə futbolçunun müqaviləsinə əsasən qalan 2 illik ödənişi tam şəkildə ödəyəcək. Bu barədə “Record” nəşri məlumat yayıb.

Jota iyulun 3-də baş verən dəhşətli avtomobil qəzasında həyatını itirib. “Liverpul” klubu Jotanın geyindiyi 20 nömrəli formanı əbədiləşdirmək niyyətində olduğunu açıqlayıb.

Dioqo Jota 2020-ci ildən “Liverpul”un formasını geyinirdi. O, bu müddət ərzində komandanın heyətində 182 oyunda 65 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb. 2024/25 mövsümündə komandanın Premyer Liqa çempionluğunda mühüm rol oynamışdı.

Aut.az