“Tanrının övladları”na yaraşmayan start
“Ayaks” tarixinin ən pis mövsümünü keçirir.
Aut.az xəbər verir ki, Amsterdam təmsilçisi Erediviziyanın VIII turu çərçivəsində keçirilən ev oyununda “AZ Alkmaar”a 1:2 hesabı ilə uduzub. Rəqiblərinə nisbətən 2 oyun az keçirən “tanrının övladları” çempionatda 3-cü məğlubiyyətini yaşayıb. Paytaxt klubu yeni mövsümün ilk 6 matçında 5 xal toplayıb ki, bu, Niderlandın ən titullu klubunun tarixində ən pis başlanğıcdır.
Həmçinin, “Ayaks” ardıcıl 7 oyunda (3-ü Avropa Liqasında, 4-ü “Erediviziya”da) qələbə qazana bilməyib.
Bundan başqa, komanda 1999-cu ilin aprelindən sonra ilk dəfə ölkə çempionatında ardıcıl üç oyunda məğlub olub. Həmin vaxt antirekord 4 ardıcıl məğlubiyyət idi. Eyni zamanda “Ayaks” 2001-ci ilin noyabrından ilk dəfə Niderland çempionatında ardıcıl iki ev oyununda məğlub olub.
Qeyd edək ki, Niderlandın ən titullu klubu çempionatının 6 turundan sonra 5 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
