O formanı çərçivəyə salıb evdə saxlayacaq
“Milan”ın hücumçusu Olivye Jiru “Cenoa” ilə oyunla bağlı təəssüratlarını bölüşüb.
Qarşılaşmanın son dəqiqələrdə fransalı qırmızı vərəqə alan “rossoneri”nin qapıçısı Mik Menyanı əvəzləyərək qapıda dayanmalı olub.
“İndiyə qədər başıma belə iş gəlməmişdi, amma komanda ilə çox fəxr edirəm. Mükəmməl seyv edə bildim, həm də son dərəcə şanslı oldum, dirəyə də təşəkkür edirəm. Biz şir kimi döyüşdük və bu qələbəyə sevindim.
Kalabriya ilə məndə bir anlıq şübhə yarandı, amma sonra qərarımı verdim və hədəfə doğru addımladım. Hər şey yaxşı keçdi və indi turnir cədvəlində birinci yerdəyik. Menyanın forması? Onu çərçivəyə salıb evdə saxlayacağam”, – deyə jurnalist Canluka Di Marzionun saytı Jirudan sitat gətirib.
Aut.az
