Fişəng qapıçının ayaqları altında partladı, oyun dayandırıldı – FOTO
Fransa çempionatının 8-ci turunun “Monpelye” – “Klermon” matçı görüşün sonlarında yarımçıq qalıb.
Ev sahibi azarkeşlərin meydana fişənglər atmasından sonra hakim oyunu dayandırmaq məcburiyyətində qalıb.
Onlardan biri “Klermon”un qapıçısı Mori Diavanın ayaqları altında partlayıb. Mori huşunu itirib. Həkimlər 30 yaşlı qolkiperi xərəkdə aparıblar, bundan sonra futbolçular paltardəyişmə otağına gediblər.
Qarşılaşma dayandırılarkən “Monpelye” 4:2 hesabı ilə öndə idi.

Aut.az
