Dünya futbolu

Tənqid: O, ancaq gecə klubunda liderdir

İtaliyalı jurnalist Daniel Riolo PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappenin həyat tərzini kəskin tənqid edib.

Xatırladaq ki, oktyabrın 4-ü PSJ Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Nyukasl”a uduzub (1:4). Mbappe rəqib qapısına doğru cəmi bir zərbə endirib, bir dəfə uğursuz driblinq edib və topa 51 toxunuş edib.

“Mbappenin keçən il Neymara ünvanladığı məşhur ifadəni xatırlayıram: “Yaxşı yemək, yaxşı yatmaq lazımdır”.

Cəza səbəbindən Kilianın yeni mövsümə hazırlığı dəhşətli oldu. Çox zəif hazırlaşanda meydanda daha az iş görürsən.

Mbappenin lider olduğu bir yer varsa, o da Parisdəki gecə klublarıdır. Ətrafındakı hər kəs onun reputasiyasından danışır… O, çox diqqətli olmalıdır, çünki o, bu həyat tərzinin nəticələrini çox gözləməli olmayacaq”, – deyə “Footmercato” Riolodan sitat gətirib.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə səkkiz oyun keçirib və səkkiz qol vurub. Futbolçunun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Aut.az