“Real”dan Arda açıqlaması
Arda Gülər zədəsini sağaldıb.
Aut.az xəbər verir ki, bərpa prosesinə başlayan türkiyəli yarımmüdafiəçi komandanın bu gün baş tutan məşqində iştirak edib. Bu barədə klub məlumat yayıb.
Madrid “Real”ının 18 yaşlı futbolçusu zədə səbəbindən hələ də oyunlara çıxa bilməyib. Baş məşqçi Karlo Ançelottinin heyətdə görmək istədiyi türk futbolçunun qışda icarəyə verilməyəcəyi deyilir.
Qeyd edək ki, Arda Gülər “kral klubu”na mövsümün əvvəlində 25+5 milyon avro qarşılığında “Fənərbaxça”dan transfer edilib.
