“Sabah” növbəti mərhələyə vəsiqə qazandı
“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanıb.
Aut.az xəbər verir ki, Azərbaycan təmsilçisi buna təsnifat mərhələsinin son oyununda Rumıniya klubu “Rapid”ə qalib gəlməklə nail olub – 90:71
“Sabah” qrup lideri kimi növbəti raunda yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.
