Qlazqoda qalmaqal: İtalyanları təhqir etdilər – FOTO
UEFA Çempionlar Liqasının oyununda qalmaqal yaşanıb.
Aut.az xəbər verir ki, “Seltik” azarkeşləri doğma stadionlarında “Latsio”nu antifaşist pankartlarla qarşılayıblar. Qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən oyundan əvvəl Şotlandiya təmsilçisinin bir qrup fanat tribunada “Antifaşist Seltik” sözləri və italiyalı diktator Benito Mussolininin edam şəklini əks etdirən böyük pankart açıblar.
Başqa bir pankartda isə “Liderinizi izləyin” sözləri əks olunub. Orada həmçinin italyan dilində “Latsio”nun ünvanına təhqir də yazılıb.
Qeyd edək ki, görüş “Latsio”nun 2:1 hesablı səfər qələbəsi ilə başa çatıb.




