PSJ azarkeşləri “Allyans Arena”ya görün necə ziyan vurublar – FOTOLAR
PSJ azarkeşləri Çempionlar Liqasının final oyununun keçirildiyi “Allyans Arena” stadionuna ziyan vurublar.
Aut.az xəbər verir ki, matçın başa çatmasından sonra Paris klubunu çoxsaylı azarkeşi meydana axın edib və nəticədə stadionun ot örtüyünün bir neçə hissəsi qoparılıb.
Qeyd edək ki, bu qələbə PSJ-nin tarixində ilk Çempionlar Liqası titulu olub. Eyni zamanda, bu nəticə turnirin, o cümlədən, keçmiş adı ilə Kuboklar Kuboku finalları tarixində qeydə alınmış ən böyükhesablı qələbədir.
Qeyd edək ki, həlledici qarşılaşmada Paris təmsilçisi “İnter”i 5:0 hesabı ilə darmadağın edib.
Aut.az


